MİLLİ QƏHRƏMAN
Kərimov Bəşir Bəylər oğlu
Kərimov Bəşir Bəylər oğlu 2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində dünyaya göz açmışdır. 1991-ci ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirərək, Füzuli peşə məktəbində təhsilini davam etdirmişdi. 1993-cü il aprel ayında Qacar kəndində erməni yaraqlılarına qarşı igidliklə vuruşur. Qacar kəndi işğal olunduqdan sonra, ailəsi ilə birlikdə Dilağarda kəndində məskunlaşır. 1994-cü ildə Beyləqan rayon hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağrılır. Gəncədə hərbi hissədə qulluq edir, 1995-ci il mart ayının 13-17-də dövlətçiliyimizin müdafiəsinə qalxır. Bu qarşıdurmada isə qəhrəmancasına həlak olur. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir
|