2024-04-24
FÜZULİ  RAYONU
              QƏDİM YAŞAYIŞ MƏSKƏNİ                          

 

 

1-CI.BIZ Reytinq Sistemi
 

Baş SƏHİFƏ» FƏXRİ SAKİNLƏRİMİZ» Sosialist Əməyi Qəhrəmanı-Şamama Mahmudəli qızı Həsənova
Sosialist Əməyi Qəhrəmanı-Şamama Mahmudəli qızı Həsənova
 
         
 
 
 
İki dəfə Sosialist Əməyi Qəhrəmanı
 
     Şamama xanım    Həsənova   
 
 
 
 
 
 
 
 
 
 
 
 
              Şamama xanım Həsənova 1923–cü il noyabrın 7–də Füzuli rayonunun Arayatlı kəndində anadan olmuşdur. Gənc yaşlarından Füzuli rayonunun "1 May” kolxozunda əmək fəaliyyətinə başlayan Şamama Həsənova qazandığı nailiyyətlərə görə 1947–ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkədə iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü kimi o, böyük şöhrət qazanmış və bu hərəkatın geniş vüsət almasında mühüm rol oynamışdır. 1950–ci ildə onun əmək rəşadəti bir daha layiqincə qiymətləndirilmiş və Şamama Həsənova ikinci dəfə Əmək Qəhrəmanı adını qazanmışdır. O, sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə qazanan nadir şəxsiyyətlərdən biri olmuşdur.
       1953–cü ildə Şamama Həsənova işlədiyi "1 May” kolxozunun sədri seçilmiş və qırx ilə yaxın həmin kolxoza rəhbərlik edərək, onun sovet dövründə respublikanın qabaqcıl pambıqçılıq təsərrüfatlarının birinə çevrilməsi üçün qüvvə və bacarığını sərf etmişdir. Şamama Həsənovanın işgüzarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində bu kolxoz respublikanın nüfuzlu təcrübə mübadiləsi mərkəzi kimi də məşhurlaşmışdır. Şamama xanım həmişə üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmiş, rastlaşdığı problemlərin həlli yolunda əlindən gələni əsirgəməmiş və pambıqçılıq sahəsində çalışan qadınların əməyinin daha səmərəli təşkil olunması işinə öz töhfəsini vermişdir.
         Şamama Həsənova şərəfli həyat yolu keçmişdir. Onun bütün ömrü respublikada pambıqçılığın inkişafı ilə bağlı olmuşdur. Azərbaycan kəndində qadınların pambıqçılıq sahəsində qazandığı uğurlarda onun zəhməti təqdirəlayiqdir. İşlədiyi illər ərzində özünü gözəl kənd təsərrüfatı mütəxəssisi, bacarıqlı təşkilatçı və qayğıkeş insan kimi göstərmiş Şamama Həsənova zəhmət adamları arasında dərin hörmət qazanmış, onun fəaliyyəti və şəxsiyyəti Azərbaycan qadınları tərəfindən örnək olaraq qəbul edilmişdir.
          Şamama Həsənovanın ictimai fəaliyyəti də zəngin olmuşdur. O, 4–11–ci çağırışlar SSRİ Ali Sovetinin deputatı seçilmiş, 1960–1974–cü illərdə SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədr müavini olmuşdur. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilən Şamama Həsənova respublikanın bir çox nüfuzlu seçkili orqanlarının işində fəal iştirak etmişdir.
       Gərgin əməyi yüksək qiymətləndirilən Şamama Həsənova pambıqçılıq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilmiş, doğma kəndində onun tuncdan büstü qoyulmuşdur.
        Səmimi və təvazökar insan Şamama Həsənovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
        İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şamama Mahmudəli qızı Həsənova 2008–ci il sentyabrın 5–də ömrünün 85–ci ilində vəfat etmişdir.

Allah rəhmət eləsin!
 
 İlham Əliyev, Artur Rasi–zadə, Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Mehriban Əliyeva, Bahar Muradova,
Fatma Abdullazadə, İsmət Abasov, Cəlal Əliyev,
Hicran Hüseynova, Səttar Mehbalıyev, Əhməd Əhmədzadə,
Siddiqə Məmmədova, Nəbi Muxtarov

Mövzu: FƏXRİ SAKİNLƏRİMİZ| Baxılıb: 3855 | Daxil etdi: Zaur1987| Açar sözlər: İki dəfə Sosialist Əməyi Qəhrəmanı
Şərhlər: 4
4 emin  
0
mmmu

3 GULER HUSEYNLI  
0
Bacarana can qurban.Bunada Wukur,bunu elemeyenlerde var.destek olmag evezine kostek olmasin hec kim.en azindan AZERBAYCANLIYIQ 1-1imizin ayagindan cekmeyek....

2 ILKIN ŞÜKÜRBEYLİ  
0
Burda yazdıqlarınıza sözüm yoxdu. Amma hanı Faiq Şükürbüyli. ilk defe Füzuli şühidleri kitabın o yazıb, "Qarabulaq Folkloru" kitabın yazıb. və bu kitab sırf Füzuli rayonun tarixin eks etdirir. Hamı Rizvan QArabağlı axı o ilk dəfə Füzul işğaldan azad olunandan sonra rayonun gireceyinde abide ucaldıb ve memarıda özüdür. Onu memar kimi respublika tanıyır. Yarımçıq iş görmekdense heç olmasa daha yaxşıdır.

1 ŞİRZAD  
0
SALAM
Məqaləyə görə təşəkkürlər

                                                                                                                
Ad *:         
E-mail: 
 
Code *:
AXTARIŞ
Мини-чат
Статистика

Saytda olanlar : 1
Qonaqlarımız: 1
İstifadəçilər: 0
free counters
Создать бесплатный сайт с uCoz