2017-11-23
FÜZULİ  RAYONU
              QƏDİM YAŞAYIŞ MƏSKƏNİ                          

 

 

1-CI.BIZ Reytinq Sistemi
 
Baş SƏHİFƏ» RƏHBƏRLİK» MURADOVA BAHAR ƏVƏZ qızı-MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ
MURADOVA BAHAR ƏVƏZ qızı-MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ
 
 
 
 
MİLLƏT  VƏKİLİ
 
BAHAR   MURADOVA
 
 
 
 
 
 
 
         Bahar Muradova — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur (2009).
      
Həyatı
        Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Milliyyətcə azərbaycanlıdır.
       1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.
      1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989-92-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-93-cü illərdə «Qayğı» Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.
      
Siyasi fəaliyyəti
     1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
     YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.
     1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 2000-ci ildən partiyanın icra katibinin müavinidir. 
      2000-2005-ci illərdə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
       2005-ci il noyabrın 6-da 84 saylı Füzuli seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
     2010-cu il noyabrın 7-də 84 saylı Füzuli seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
      2010-cu ilin dekabrında "Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatının keçirdiyi rəy sorğusunun nəticələrinə görə Bahar Muradova "Gənclərin Dostu" elan edilib.
       2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 
 
Elmi fəaliyyəti
     AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 30 oktyabr 2009-cu ildə keçirilən müdafiədə Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır (İxtisasın kodu və adı: 23.00.04 - Beynəlxalq münasibətlərin və qlobal inkişafın siyasi problemləri). Dissertasiyanın adı "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" olmuşdur. Elmi rəhbəri tarix elmləri doktoru, professor Ə.M. Həsənov, rəsmi opponentləri tarix elmləri doktoru, professor M.C. Qasımlı və siyasi elmlər namizədi H.B. Məmmədov olmuşdur 
          Ailəlidir, bir qızı var.
 
Mövzu: RƏHBƏRLİK| Baxılıb: 3336 | Daxil etdi: Zaur1987| Açar sözlər: Elmi fəaliyyəti bahar muradova nəbi
Şərhlər: 10
10  
Biri Araz Yagliven biride Yaglivend (2)

9  
Hörmətli Bahar Xanım. Bizim Dövlətimiz üçün böyük işlər görüb və görəcəkdə mən şəxsən inaniram və dəstəkləyirəm.
Bahar Xanım kimi siyasəçil bizim ölkəyə çooooooxxxx lazimlıdir.
Bizim millətin yaşayışı ilə maraqlanır və dərtlərinə şərik olur.
Allah ondan razı olsun...!

8  
Füzuli rayonunda bir Yağlıvənd kəndi var!

7  
Fizuli rayonunda 3 Yağlıvənd kəndi var!
Bahar görasan hansındandır!
Yalan Yalan Yalan
Belə insanların vətənə elə obaya xeyrn dəyməz!

6  
XOWUNUZA GELMIRSE NIYE BURDASIZ ?

5  
Bahar xanım Füzulinin rehberliyi deyil siyasi sehv buraxmısınız hörmetli yoldaşlar. Siz hele gedin rehberin nece və kim olduğun öyrənin sonra sayt yaradın.

4  
Qeweng xanimdir,hemde gozel siyasetcidir.

3  
DUZDE MENDE BU UNGILIS XANIMA QOWULURAM(BELKEDE BEYDI).ELAAA.

2  
BAHAR XANIM kimi siyasətçilərimiz nə qədər çox olsa inanın ki, Dövlətimiz beynəlxalq aləmdə layiqincə təmsil olunar.. Məhs onun yüksək natiqliyi sayəsində bir çox söz duellərində Bahar xanım beynəlxalq aləmdə düşmənlərimizə layiq olduqları yeri göstərmişdir...

1  
The website is very good!
Congratulations!

                                                                                                                
Ad *:         
E-mail: 
 
Code *:
AXTARIŞ
Мини-чат
Статистика

Saytda olanlar : 1
Qonaqlarımız: 1
İstifadəçilər: 0
free counters
Создать бесплатный сайт с uCoz