2024-04-18
FÜZULİ  RAYONU
              QƏDİM YAŞAYIŞ MƏSKƏNİ                          

 

 

1-CI.BIZ Reytinq Sistemi
 

Baş SƏHİFƏ» QƏHRƏMANLIQ» Kərimov Bəşir Bəylər oğlu
Kərimov Bəşir Bəylər oğlu
 
 
 
 
 
  MİLLİ QƏHRƏMAN
 
Kərimov Bəşir Bəylər oğlu
 
 
 
 
 
 
        Kərimov Bəşir Bəylər oğlu  2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində dünyaya göz açmışdır. 1991-ci ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirərək, Füzuli peşə məktəbində təhsilini davam etdirmişdi. 1993-cü il aprel ayında Qacar kəndində erməni yaraqlılarına qarşı igidliklə vuruşur. Qacar kəndi işğal olunduqdan sonra, ailəsi ilə birlikdə Dilağarda kəndində məskunlaşır. 1994-cü ildə Beyləqan rayon hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağrılır. Gəncədə hərbi hissədə qulluq edir, 1995-ci il mart ayının 13-17-də dövlətçiliyimizin müdafiəsinə qalxır. Bu qarşıdurmada isə qəhrəmancasına həlak olur.
Subay idi.
      Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
      Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir
Mövzu: QƏHRƏMANLIQ| Baxılıb: 2999 | Daxil etdi: Zaur1987| Açar sözlər: Kərimov Bəşir Bəylər oğlu milli qəh
Şərhlər: 0
                                                                                                                
Ad *:         
E-mail: 
 
Code *:
AXTARIŞ
Мини-чат
Статистика

Saytda olanlar : 1
Qonaqlarımız: 1
İstifadəçilər: 0
free counters
Создать бесплатный сайт с uCoz