2024-04-25
FÜZULİ  RAYONU
              QƏDİM YAŞAYIŞ MƏSKƏNİ                          

 

 

1-CI.BIZ Reytinq Sistemi
 

Baş SƏHİFƏ» SOSİAL-İQTİSADİ VƏZİYYƏT» Füzuli rayonu sürətli inkişaf yoluna qədəm qoyub
Füzuli rayonu sürətli inkişaf yoluna qədəm qoyub

    
           "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra olunması nəticəsində müharibənin ağır fəsadlarını aradan qaldıran Füzuli rayonu müasirləşmə, yeniləşmə dövrünü yaşayır Azərbaycanın bir dövlət olaraq dünya da öz layiqli yerini tutması, inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev harada, hansı şəraitdə, hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə öz xalqı ilə birlikdə olub, mahir bir siyasətçi kimi ölkəni tarixin ən çətin sınaqlarından məharətlə çıxarıb, müstəqil, müasir Azərbaycan dövlətini qurub, onu beynəlxalq aləmdə tanıdıb. Çox sevindirici haldır ki, bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirir. Bu isə şübhəsiz qəbul olunmuş inkişaf proqramlarının, o cümlədən, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yüksək keyfiyyətlə icra olunmasının bariz nəticəsidir. Bu proqramın birinci mərhələsinin başa çatmasından sonra Azərbaycanın bütün rayonları inkişaf edib, dövlətimizin iqtisadi potensialı artıb. Bu rayonlar sırasında Füzulinin də adını çəkmək olar. Belə ki, 2008-ci ildə Füzuli rayonunun da həyatı çox əlamətdar hadisələrlə zəngin olub.
        Görülmüş işlər, əldə olunmuş müvəffəqiyyətlər rayon əhalisinin həyatında baş vermiş mühüm hadisələrin nəticəsi kimi qiymətləndirilir. Bu da Prezident İlham Əliyevin keçən il iki dəfə-aprelin 18-də və oktyabrın 4-də Füzuli rayonunda olması, əhali ilə görüşləri, açılış və təməlqoyma mərasimlərində iştirak etməsi ilə bağlıdır. Bu səfərlər zamanı rayonda bir sıra yeni obyektlərin açılışında iştirak edən dövlət başçısının tapşırıqlarına əsasən, Füzulidə işğal zamanı dağıdılmış 1500 ev bərpa edilib, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərinə gedən yol əsaslı təmir olunub, Horadiz şəhəri şəhərsalma standartlarına uyğun yenidən bərpa olunub, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığı ilə Horadiz şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə başlanıb. Bütün bunlar dövlət başçısı İlham Əliyevin füzulililərə diqqət və qayğısı kimi qiymətləndirilir. Füzuli dünyanın ən qədim insan məskənlərindən biridir Rayon 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli adlandırılıb. Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılıb, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilib. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal-Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycanın arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu sübut etdi.
           Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalıb, məhv edilib, yandırılıb. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışıblar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin bir daha sübutudur. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə füzulili şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonunun əhalisi Qarabağ müharibəsində ölkəmizdə ən çox itkin və şəhid verib. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkib, onlardan 155 nəfəri yetim qalıb. Müharibənin əsas ağırlığını Qacar, Divannalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağləvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkiblər. 1993-cü il avqustun 23-də Füzuli Ermənistan ordusu tərəfindən işğal olunub. Hazırda 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın füzulili köçkün həyatı yaşayır. Sahibkarlığa dövlət dəstəyi öz müsbət nəticələrini göstərir Azərbaycanda sahibkarlığın inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı və xüsusi əhəmiyyət verdiyi istiqamətlərdən biridir.
          Dövlət başçısı dəfələrlə bəyan edib ki, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün sahibkarlığının inkişafı böyük önəm daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu posta seçildiyi 2003-cü ildən bəri digər sahələr kimi, sahibkarlıq da böyük inkişaf yolu keçib, bu sahədə mövcud problemlərin həlli sahəsində işlər xüsusi diqqətdə saxlanılıb, qeydiyyat probleminin həlli üçün "vahid pəncərə” sistemi tətbiq olunub. Füzuli rayonunda da ötən 5 ildə bu sahəyə böyük diqqət ayrılıb. Rayonda sahibkarlar üçün məsləhət və marketinq xidmətləri göstərilib, yerli xammallar və ehtiyatlar nəzərə alınaraq investorların rayona cəlb olunması üçün şərait yaradılmaqla qeyri-dövlət sektorunun potensialından maksimum istifadə olunub.
         Dövlətin qayğısı əkinçi və fermerləri daha yüksək fəallıqla işləməyə sövq edir Aqrar rayon olan Füzulidə iqtisadiyyatın əsas sahəsini kənd təsərrüfatı təşkil edir. 2008-ci ildə rayonda bu sahədə bir sıra işlər görülüb. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və mühərrik yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 N-li Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri əkin sahələrinin hər bir hektarına 40 manat pul yardımı verilib və onlar mineral gübrələrlə təmin olunublar. Nazirlər Kabinetinin 16 noyabr 2007-ci il tarixli 181 №li Qərarı ilə əlavə olaraq rayonun buğda istehsalçılarının əkdikləri hər bir hektar əkin sahəsinə 40 manat hesabı ilə pul yardımı verilib. Bununla yanaşı, rayonda mühüm ərzaq məhsulu olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilib, 2008-ci ilin payızında 43 min hektar sahədə taxıl əkilib. Hesabat dövründə rayon taxılçıları 30 min hektardan 85 min tondan çox məhsul götürüblər. Bu da 2007-ci ilin nəticəsindən 59 min ton artıq məhsul istehsalı deməkdir. Hektarların məhsuldarlığı 28 sentnerdən çox olub. Bu ilin taxıl biçininə başlanıb. Bu il 60-a yaxın kombaynla 120 min tona yaxın taxıl götürüləcəyi gözlənilir. Ötən il 625 ton qarğıdalı, 1200 ton kartof, 9,2 min ton bostan-tərəvəz məhsulları, 400 ton pambıq, 9 min ton şəkər çuğunduru, 800 ton meyvə, 330 ton üzüm istehsal olunub. Eyni zamanda, kənd təsərrüfatının digər sahələrində də yüksək göstəricilər qeydə alınıb. Belə ki, 1162 ton ət, 6160 ton süd, 3,9 milyon ədəd yumurta, 135 ton yun istehsal olunub. Hazırda ərazidə 25 min baş iribuynuzlu mal-qara, 81 min baş qoyun-quzu, 225 min baş müxtəlif növ quşlar mövcuddur. Füzulidə müasir standartlara cavab verən tibb mərkəzi tikilir Müharibə dövründən ağır itkilərlə çıxan Füzulinin son bir neçə il ərzində görkəmi tamamilə dəyişib, yenilənib.
          Görülən məqsədyönlü tədbirlər nəticəsində müharibənin ağır fəsadları demək olar ki, tamamilə aradan qaldırılıb. Rayonun ən ucqar kəndlərində belə infrastrukturun yenilənməsi, yeni salınmış qəsəbələrin qaz, işıq, su ilə təmin olunması, qəsəbə və kəndlərə yüksək keyfiyyətli yeni yolların salınması əhali tərəfindən razılıqla qarşılanır. Yeri gəlmişkən, qeyd edək ki, bir müddət öncə dövlət başçısının Sərəncamı ilə Zobucuq adlanan ərazidə 2104 ailəlik 5 qəsəbə salınıb. Təmiz havası, saf suyu, yaşamaq üçün normal şəraiti olan həmin qəsəbələrdə məktəb, tibb məntəqəsi, klub, kitabxana, müxtəlif xidmət sahələri var. Əhali onlara göstərilən xidmətdən razıdır. Onlar bütün bunlara görə, Prezident İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirirlər. Ümumiyyətlə isə, rayonda əhaliyə göstərilən səhiyyə, mədəniyyət və təhsil xidmətlərinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Xidmət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması üçün müntəzəm iş aparılır. Aparılan islahatlar nəticəsində tibb xidmətinin işinin təkmilləşdirilməsində böyük irəliləyişlər əldə olunub.
         Horadiz şəhər xəstəxanası yenidən qurulub, mərkəzi xəstəxanada bərpa işləri aparılıb, ayrı-ayrı tibb müəssisələri yararlı hala salınıb, bəziləri isə yenidən bərpa olunub. Zobucuq qəsəbələrində 1 xəstəxana və 4 həkim məntəqəsi tikilib. Əhaliyə göstərilən xidmətin növləri artıb. Respublika Prezidentinin Sərəncamı ilə Böyük Bəhmənli kəndinin üst hissəsində tibb mərkəzi tikilir. Həmin tibb mərkəzi istifadəyə verildikdən sonra tək Füzuli rayonuna deyil, qonşu rayonlara da yüksək ixtisaslı həkimlər tibb xidməti göstərəcək, hər cür xəstəliklərin müalicəsi həyata keçiriləcək. təhsilin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzindədir.
         Füzuli rayonunda təhsilin səviyyəsinin yüksəldilməsi də həmişə diqqət mərkəzində olub. Rayon ərazisində fəaliyyət göstərən 45 məktəbin hamısı ya yenidən tikilib, ya da müasir tələblər səviyyəsində bərpa olunub. Bütün məktəblərdə dərsləri yüksək səviyyədə tədris etmək üçün şərait vardır. Müasir avadanlıqlar, kompüterlər alınıb məktəblərə verilib.Ötən il rayonda 7 yeni məktəb istifadəyə verilib. Zobucuq qəsəbələrində müasir tələblərə cavab verən 5, Qarabulaq yatağında və Aşağı Alıxanlı kəndində 2 yeni məktəb binaları tikilərək şagirdlərin istifadəsinə verilib. Bunun nəticəsidir ki, rayonda son illər ali təhsil məktəblərinə qəbul olunanların sayı artmaqdadır. Belə ki, 2008-ci təhsil ilində rayon üzrə orta məktəbi bitirən 1062 nəfərdən 164 nəfər gənc ali məktəblərə qəbul olunub. Bundan başqa, 150 nəfər gənc orta ixtisas məktəblərinə daxil olublar.
        Əhalinin qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunması başlıca məqsədlərdəndir.Hazırda Füzuli rayonunda müharibə dövründə tamamilə yararsız hala salınmış, işğalçı dövlətin ordusu tərəfindən dağıdılmış qaz kəmərləri yenidən bərpa olunub və bir qism kəndlərin əhalisi artıq qazla təmin olunub. Xatırladaq ki, 2008-ci ilin aprel ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda olarkən təbii qaz xəttinin oktyabrın 1-dək istifadəyə verilməsini tapşırıb. Rayon ərazisinə nəzərdə tutulmuş müddətdə 62 km uzunluğunda təbii qaz xəttinin çəkilişi başa çatdırılıb və Prezident İlham Əliyev oktyabrın 4-də Horadiz şəhərində olarkən əhaliyə təbii qaz verilişi təmin olunub. Hazırda Horadiz şəhərində 319 ailə təbii qazdan istifadə edir. Əraziyə qaz çəkilişi işi davam etdirilir.
        Hesabat dövründə əhalinin elektrik enerjisi ilə təchizatında qarşıya çıxan problemlərin də böyük əksəriyyəti aradan qaldırılıb. Ərazidəki 39 yaşayış məntəqəsi, 10 yataq tipli yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunub, sıradan çıxmış transformatorların yeniləri ilə əvəz olunması sahəsində işlər davam etdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən rayonun Bala Bəhmənli kəndi ərazisində Yuxarı Qarabağ kanalının üzərində su elektrik stansiyasının layihə smeta sənədləri hazırlanıb və yaxın zamanlarda tikinti işlərinə başlanacaq. Su elektrik stansiyasının 2010-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub.  
          Yeni salınan yollar Füzulinin müasir görünüşünü tamamlayır Rayonda yolların təmiri istiqamətində də tədbirlər həyata keçirilib. Ötən il ərazidə 50 km yol əsaslı təmir olunaraq istismara verilib. Horadiz şəhərində, keçən il istifadəyə verilmiş Zobucuq qəsəbələrində, Əhmədbəyli-Bala Bəhmənli, Zobucuq-Alıxanlı kəndi istiqamətində şose yollar əsaslı təmir olunub. Əhaliyə göstərilən rabitə xidmətinin işindəki yüksəlişi də qeyd etməyə ehtiyac duyulur. Belə ki, Horadiz şəhərində müasir şəhər standartlarına cavab verəcək rabitə xidmətinin təşkili məqsədilə EATS-in rekonstruksiya işləri artıq başa çatmaq üzrədir. Horadiz şəhərində elektron ATS-in rekonstruksiyası tam başa çatdırılıb, əhaliyə göstərilən rabitə xidməti müasir standartlara cavab verəcək səviyyədə təşkil olunub. Horadiz şəhər mərkəzi parkı yenidən qurulub. Horadiz şəhərində M.Ə.Rəsulzadə, 20 Yanvar küçələrinin, şəhərin kənar yollarının səki və hasarları tikilib. Horadiz şəhərində 84 N-li DSK üçün 8 otaqdan ibarət bina, rayon ƏƏSM mərkəzi, DSMF rayon şöbəsi, rayonlararası yer quruluşu idarəsi üçün inzibati binalar tikilib. Füzuli sakinlərinin yeganə seçimi Yeni Azərbaycan Partiyasıdır Azərbaycanın hər yerində olduğu kimi, Füzuli rayonunda da Ulu öndər Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevə böyük dəstək və rəğbət açıq-aşkar hiss edilməkdədir. Məhz bunun nəticəsidir ki, Ümummilli liderin yaratdığı və Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası rayon ictimaiyyətinin əsas inandığı və etibar etdiyi yeganə siyasi təşkilatdır. Hazırda özündə 4495 nəfər üzvü, 67 ərazi ilk partiya təşkilatını birləşdirən YAP Füzuli rayon təşkilatı əhali arasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strategiyanın həyata keçirilməsi, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi tapşırıqların yerinə yetirilməsi üçün ardıcıl iş aparır. Partiya fəalları məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırılması və Dövlət Proqramının tələblərinə uyğun tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Eyni zamanda, ölkəmizin həyatında böyük tarixi əhəmiyyət kəsb edən siyasi hadisələrdə fəal rol oynayan Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının üzvləri əmin edirlər ki, 2008-ci ildə keçirilmiş prezident seçkilərində, bu ilin martında baş tutmuş referendumda olduğu kimi, 2009-cu ilin bələdiyyə seçkilərində də yüksək fəallıq nümayiş etdirərək partiyanın namizədlərinin qələbəsini təmin etmək üçün əllərindən gələni əsirgəməyəcəklər.
 
                                                                                        Aqşin ŞAHİNOĞLU
Mövzu: SOSİAL-İQTİSADİ VƏZİYYƏT| Baxılıb: 1746 | Daxil etdi: Zaur1987| Açar sözlər: Ulu öndər Heydər Əliyevin əsasını q
Şərhlər: 1
1 GULER HUSEYNLI  
0
Dogma vetenime ewq olsun.

                                                                                                                
Ad *:         
E-mail: 
 
Code *:
AXTARIŞ
Мини-чат
Статистика

Saytda olanlar : 1
Qonaqlarımız: 1
İstifadəçilər: 0
free counters
Создать бесплатный сайт с uCoz