2017-11-23
FÜZULİ  RAYONU
              QƏDİM YAŞAYIŞ MƏSKƏNİ                          

 

 

1-CI.BIZ Reytinq Sistemi
 
Baş SƏHİFƏ» QƏSƏBƏ VƏ KƏNDLƏRİ» Böyük Bəhmənli kəndi
Böyük Bəhmənli kəndi

        
  
        Böyük Bəhmənli Füzuli rayonunun ən böyük yaşayış məntəqələrindəndir. Hazırda Böyük Bəhmənli bələdiyəsində 6171 nəfər əhali yaşayır. Rayonun ən qədim kəndlərindən sayılan Böyük Bəhmənli ərazisində miladın ilk yüzilliklərində Bəhmən şəhəri yerləşib. Ötən əsrin 50-ci illərinin sonlarına qədər qalıqları qalmış bu şəhərin Sasani hökmdarları tərəfindən salındığı güman olunur.
         Ötən əsrin ortalarında kolxozlaşmanın vüssət aldığı bir vaxtda şəhərin qalıqları məhv edilərək ərazidə əkin sahələri salınıb. Böyük Bəhmənli ərazisində qədim türk tayfalarına məxsus kurqanlar, həmçinin daha bir şəhər qalığı, on oğuz (haylandur) türklərinə məxsus və hazırda Haylan adı ilə tanına ərazilər mövcuddur. Kəndin ərazisində həmçinin Qızılbaş, Alaqarğı, Gözarası, Palıdlı bağ, Şirvan ata, Çalağay kimi tarixi yer adları bu gün də qalmaqdadır. Bir sıra tarixi mənbələr bəhmənlilərin Mərkəzi Asiyadan gəldiyini qeyd edirlər. «Qarabağnamələr» və digər tarixi sənədlər Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın da Bəhmənlidən olduğunu qeyd edirlər. Bu gün Böyük Bəhmənli kəndində 40-a yaxın tayfa və tirələr mövcuddur. Bunlardan ən böyükləri kimi Kəbirli, Qarçığay, Məmmədli, Qurbanlı, Zeynallı və s. göstərmək olar. Böyük Bəhmənli kəndində 2 orta məktəb, 1 xəstəxana, asfalt zavodu, su anbarı, dəmir yolu dayanacağı var.
             Hazırda kənddə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına müasir tibb-diaqnostika mərkəzi inşa olunub. Kənd İranla dövlət sərhədində yerləşdiyindən burada həmçinin sərhəd zastavası da yerləşir. Böyük Bəhmənli kəndinin ərazisi cənubda Araz çayı ilə həmsərhəddir. Kənddən Quruçay keçir və Araza qovuşur. Böyük Bəhmənlidən indiyədək 1000-dən artıq şəxs respublikanın və keçmiş SSRİ-nin ali təhsil müəssisələrini bitirib.
           Tanınmış şair Vaqif Bəhmənli, yazıçı Arif Şükürov, jurnalistlər Bəhrəm İbrahimov, Faiq Qismətoğlu, Söhbət Səfərli, Şükür Şənol, Rəşad Süleymanov məhz bu kəndin yetirməsidir. Birinci Qarabağ müharibəsinin ağrı acısını yaşayan Böyük Bhmənli kəndi 1993-cü ilin noyabr ayından 1994-cü ilin yanvar ayının 5-dək Ermənistan ordusunun işğalı altında olub.        
          İşğal nəticəsində kənddə 80-dən artıq ev, həmçinin xəstəxana və bir məktəb binası yandırılıb və ya dağıdılıb. Müharibə nəticəsində kənd 52 şəhid verib ki, onlardan 25 nəfəri mülki, 27 nəfəri isə hərbçilər olub. Böyük Bəhmənli uğrunda gedən döyüşlərdə Azərbaycan ordusunun 20-dən artıq əsgəri şəhid olub. Düşmənin 10-dan artıq zirehli texnikası vurulub, 50-dən artıq canlı qüvvəsi məhv edilib. Kəndin şəhidlərinə və Azərbaycan Daxili Qoşunlarının qəhrəmanlıq göstərərək şəhid olmuş əsgərlərinin xatirəsinə abidə ucaldılıb.
 
 
Mövzu: QƏSƏBƏ VƏ KƏNDLƏRİ| Baxılıb: 2664 | Daxil etdi: Zaur1987| Açar sözlər: jurnalist olmuş əsgərlərinin, yazıçı Arif Şükürov, Böyük Bəhmənli kəndi Böyük Daxili Q
Şərhlər: 5
5  
YAWASIN AZERBAYCAN.

4  
ilki önce onu qeyd etmek isteyirem ki cox gözel teşebbüsdür Rayonumuzun tanın ması üçün atılan en doöru addımlardandır.
Amma Bu sayt Füzuli rayonun tam əhate etmir. hem de ki rehberler bölmesinde Bahar muradovanın şekili ikl olaraq açılır. Mence bu düzgün deyil Çünki Muradova rayonun rehberi deyil. Millet vekilidir onu rayon rehberleri içerisinde vermek düzgün alınmır.

3  
CƏNAB PREZİDENTİMİZ BİZ SİZİ ÇOX SEVİRİK

2  
Hormetli Praduction

Zehmet olmazsa elaqe saxlayin


1  
[B]Salam saytiniz munasibetile sizi tebrik edirem. Ugurlar arzu edirem.
Teklifim: Teklif etmek isterdim eger isteseniz sizin saytinizda ucozlar bagli olan hem yuxaridaki hemde en ashagidaki reklami yigishdirim.
Buna gore sadece odeme etmek lazim o da ki konturla odeye bilersiniz.[/B]

                                                                                                                
Ad *:         
E-mail: 
 
Code *:
AXTARIŞ
Мини-чат
Статистика

Saytda olanlar : 1
Qonaqlarımız: 1
İstifadəçilər: 0
free counters
Создать бесплатный сайт с uCoz